Beş min iş yeri ixtisar edilir

DÜNYA 27 may 2020, 18:08

Fransanın avtomobil istehsalçısı “Renault” koronavirus (COVID-19) pandemiyası nəticəsində avtomobillərə tələbatın azalmasını nəzərə alaraq xərclərini azaltmaq üçün 5 min iş yerini ixtisar etmək niyyətindədir.

 
Demokrat.az-ın xəbərinə görə, bu barədə “Le Figaro” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

 
Onun məlumatına görə, söhbət məzuniyyətə çıxan işçilərə məxsus ştatların ləğv edilməsindən gedir. Bununla bağlı planlar mayın 29-da açıqlanacaq.

 
Xatırladaq ki, “Renault”un vəziyyəti pandemiyadan əvvəl də yaxşı olmayıb. Koronavirus isə şirkətin vəziyyətini daha da pisləşdirib və onun bütün zavodlarının bağlanması ilə nəticələnib. Apreldə "Renault" markalı yeni avtomobillərin satışının 76,3% azaldığı bildirilir.

 
Bir qədər əvvəl Fransa prezidenti Emmanuel Makron bildirib ki, hökumət avtomobil sənayesinin dəstəklənməsinə 8 milyard avro vəsait yönəltmək niyyətindədir.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top