Şəhriyar Məmmədyarov: "Sponsorum yoxdu, hətta bütün yarışlara öz hesabıma gəlirəm" (FOTO)

İDMAN 27 avq 2018, 12:45

Dünyanın ən tanınmış şahmatçılarından biri, azərbaycanlı Şəhriyar Məmmədyarov üzücü bir məsələyə toxunub.

 

Demokrat.Az xəbər verir ki, beynəlxalq qrossmeysterimiz özünün "facebook" hesabında pulsuzluq səbəbindən, istirahətsiz ard-arda yarışlara yollandığını yazıb.

 

Şahmatçımız, Azərbaycanda ona sponsor tapılmadığından şikayətlənib. Halbuki, onun rəqibləri yarışlara sponsor dəstəyi ilə yollanır. Lakin Məmmədyarov öz şəxsi hesabı ilə beynəlxalq yarışlara üz tutur:

 

"Bu gün jurnalist mənə sual verdi ki, nədir səni bu qədər oynamağa məcbur edən ? Utandım, deyim ki, pul ! Deyə bilmədim ki, mənim kimi professional oyunçunun sponsoru yoxdu və hətta bütün yarışlara öz hesabıma gəlirəm. Bütün buradakı insanların sponsoru var".

 

 

Samira Hasanli adlı şəxsin şəkli.

 

 

Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top