Qadın futbolçuları zorlayan federasiya prezidenti cəzalandı

İDMAN 27 may 2020, 12:31

Haiti Futbol Federasiyasının prezidenti İv Jan-Bart gənc qızlara qarşı cinsi zorakılıqda ittiham edildiyi üçün cəzalanıb.


Demokrat.az xəbər verir ki, FIFA Etika Komitəsinin 84-cü və 85-ci maddələrinə əsasən, 72 yaşlı funksioner 90 gün futboldan uzaqlaşdırılıb.


Ölkədəki təlim-məşq mərkəzində zorakılığa məruz qalan gənc qızlardan biri Jan-Bartın təcavüzünə məruz qaldığını açıqlamışdı.


Adı açıqlanmayan qız deyib ki, federasiya daxilində “Dadu” ləqəbli şəxs qızları prezidentlə yatmağa təzyiq edir. Razılaşmayanlar millidən qovulur.


“Dadu” ləqəbli şəxs və 20 ildir federasiyada çalışan Jan-Bart xəbəri təkzib edib.(qafqazinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top