Öhdəsində azyaşlı uşağı olan bu şəxslərə vacib xəbər!

SOSİAL 27 may 2020, 10:16

Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadlarının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin müddətinin 31 may 2020-ci 00:00-dək uzadılmasını nəzərə alaraq təhsil naziri Ceyhun Bayramovun imzaladığı əmrin 3cü bəndində qeyd olunur ki, 2020-ci il 4-31 may tarixlərində Təhsil Nazirliyinin Aparatının, onun Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda yerləşən strukturuna daxil olan qurumlarının, strukturuna daxil olmayan tabeliyindəki qurumlarının, Azərbaycan Respublikası Peşə Təhsili üzrə Dövlət Agentliyinin və “2019-2023-cü illər üçün Azərbaycan Respublikasının ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın İdarəetmə Qrupunun fəaliyyətinin təmin edilməsi məqsədilə həmin qurumların rəhbər şəxslərin mülahizəsinə əsasən, iş yerində işə cəlb olunması zəruri hesab edilən əməkdaşlar müəyyən edilərkən öhdəsində azyaşlı (7 yaşınadək) uşağı olan, yaşlılara və tibbi yardıma ehtiyacı olan şəxslərə qulluq edən əməkdaşlar işə cəlb olunmasın.(day.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top