İspaniya La Liqası qeyri-adi şəkildə davam edəcək

İDMAN 26 may 2020, 23:36

İspaniya La Liqası matçlarının yayımı zamanı azarkeş səslərindən istifadə ediləcək.

 

Bu barədə "Mediapro" şirkətinin rəhbəri Xaume Roures məlumat verib.

 

O bildirib ki, La Liqa rəhbərliyi ilə oyunların yayım hüququna malik şirkət arasındakı razılığa əsasən, ekran qarşısında əyləşən tamaşaçıların matçın boş tribunalar önündə keçirildiyini hiss etməmələri üçün azarkeşlərin əvvəlki görüşlərdən səs-küyü və qışqırıqlarından istifadə ediləcək: "Cari mövsümün əvvəlki oyunlardakı azarkeşlərin səslərindən yararlanacaq, boşluğu doldurmağa çalışacağıq".

 

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən iki aydan çoxdur dayandırılan İspaniya La Liqasının iyunun ortalarında bərpası planlaşdırılır. (Apasport.az)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top