Bakı Limanından Qazaxıstana daha 24 nəfər yola salındı

SİYASƏT 26 may 2020, 21:12

COVID-19 pandemiyasının yayılma təhlükəsi səbəbindən sərnişinlər üçün sərhədlərin bağlanmasına görə, Azərbaycanda qalan daha 18 Qazaxıstan vətəndaşı və bu ölkədə yaşamaq hüququ olan 6 Azərbaycan vətəndaşı bu gün Qazaxıstana yola salınıblar. 


Demokrat.az xəbər verir ki, saat 18.00-da Azerbaijan Caspian Shipping Company / Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi-nin “Professor Gül” bərə gəmisi ilə yola salınan vətəndaşlar ilk olaraq Bakı Limanında COVID-19 pandemiyası ilə bağlı virusa qarşı test keçiblər və testin nəticəsi bütün sərnişinlərdə neqativ çıxıbdır. 


Xatırladaq ki, cari ilin 13 may tarixindən Qazaxıstanda karantin dövründə sərhədin keçilməsinə dair yeni qaydalar qüvvəyə minib və bu səbəbdən Kurık limanı ölkə vətəndaşları və ölkədə yaşamaq icazəsi olan xarici vətəndaşların qəbulunu bərpa edib. May ayının 20-də daha 35 Qazaxıstan vətəndaşı və 8 xarici ölkə vətəndaşı Bakı Limanından yola salınmışdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top