Ermənistanda koronavirusun ikinci dalğası başlandı

DÜNYA 26 may 2020, 21:18

Ermənistanda koronavirusla bağlı vəziyyət gərginləşib.


Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə bildirib. O, ölkədə Covid-19-un ikinci dalğasının başladığını elan edib: “Əslində biz koronavirusun ikinci dalğası ilə mübarizə aparırıq”.


Paşinyan epidemiya əleyhinə görülən tədbirlərə riayət olunmamasından narazılığını bildirib:


“Əlləri tez-tez yumaq və dezinfeksiya etmək lazımdır. Tibbi maska taxılmalı, sosial məsafə gözlənilməlidir. Əminik ki, bu qaydaların gözlənilməsi vəziyyətin yaxşılaşmasına gətirib çıxaracaq və yoluxma sayı tamamilə yox olacaq. Biz bu qaydalara əməl olunmasına ciddi nəzarət edəcəyik”.


Qeyd edək ki, aprelin əvvəlində Ermənistanda koronavirusa yoluxmanın pik həddi elan edilib. Hazırda 7402 nəfər virus daşıyıcısıdır, 91 nəfər dünyasını dəyişib. Ermənistanda iyunun 13-dək fövqəladə vəziyyət elan edilib. (qazet.az)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top