Daha 131 azərbaycanlı Rusiyadan ölkəmizə gətirildi

SİYASƏT 26 may 2020, 19:34

"Bu gün daha 131 azərbaycanlının Rusiyadan Azərbaycana qayıtması təmin olunub".


Demokrat.az-ın məlumatına görə, bunu "Report"un Rusiya bürosuna açıqlamasında Rusiya Azərbaycanlıları İttifaqının vitse-prezidenti Elnur Hüseynov bildirib.


Onun sözlərinə görə, hazırda həmin şəxslər Rusiya-Azərbaycan sərhədini keçib.


"İlk növbədə qadınlar, uşaqlar və yaşlılar sərhəddən buraxılır. May ayının 26-da ilkin olaraq 104 nəfər sərhəddi keçməli idi. Buna baxmayaraq, Azərbaycana keçənlərin sayını artırmaq mümkün oldu. Təbii ki, sərhədi keçmək istəyənlər çoxdur. Amma yaranmış vəziyyəti nəzərə almaq, çətinliklərə anlayışla yanaşmaq lazımdır”, - deyə Elnur Hüseynov bildirib.


O bildirib ki, hazırda Rusiyadan Azərbaycana keçmək isəyən 600-dən çox adam var.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top