Ramil Usubov polis rəisini vəzifədən azad etdi

SOSİAL 26 avq 2018, 14:17

Goranboy Rayon Polis Şöbəsinin rəisi tutduğu vəzifədən azad edilib.

 

Demokrat.Az Report-a istinadən xəbər verir ki, daxili işlər naziri, general polkovnik Ramil Usubovun müvafiq əmri ilə Goranboy rayon polis şöbəsinin rəisi, polis polkovniki Azadəliyev Fəqan Cəbrayıl oğlu vəzifəsindən azad olunaraq sərəncama göndərilib. Onun yerinə hələ ki, təyinat olmayıb.

 

Məlumata görə F. Azadəliyev 2014-cü ilin fevral ayından Goranboy rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top