“Böhran 10 il davam edəcək” — SENSASİON PROQNOZ

DÜNYA 26 may 2020, 14:02

2008-ci ildəki iqtisadi böhranı əvvəlcədən bilən məşhur iqtisadçı Nouriel Roubini koronavirusun təsiri ilə bağlı xəbərdarlıq edib.

 
Demokrat.az-ın xəbərinə görə, mütəxəssis global iqtisayyatın 10 ilə güclə özünə gələcəyini vurğulayıb. İqtisadçı virus səbəbilə itirilən iş yerlərinin geri qayıtmayacağını diqqətə çatdırıb: "Misli görülməmiş iqtisadi durğunluq dövrünə keçmişik. Qlobal iqtisadiyyat bərpa olunsa belə, böyümə çox aşağı səviyyədə olacaq. 2008-ci il böhranında istehsalın sürətlə azalması 3 illik dövrün sonunda oldu. Bu dəfə həmin nöqtəyə 3 ilə və ya 3 aya yox, sadəcə 3 günə çatdıq. İqtisadiyyatın bütün sahələrində zəifləmə müşahidə edildi. Ən az 10 il davam edəcək qlobal depressiya ilə qarşı-qarşıyayıq. Gələcəkdə baş verəcək bərpa U və ya L şəklində olacaq. U şəklində bərpanın mənası odur ki, iqtisadi aktivliklər, zəifləmədən sonra uzun müddət aşağı səviyyədə qalır və daha sonra yüksəlişə keçir. L şəklində bərpada isə vəziyyət daha da pisdir. Belə ki, bu bərpa dönəmində sıfır böyümə və ya kiçilmə dövrü daha çox olur".(yenisabah.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top