Gəncədə şok olay: Kişi azyaşlıya qarşı əxlaqsızlıq etdi

KRİMİNAL 26 may 2020, 11:58

Gəncə şəhərində azyaşlıya qarşı əxlaqsızlıq etməkdə təqsirli bilinən şəxsə cinayət işi açılıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Gəncə şəhərində Mehman Əkbərov azyaşlı qıza qarşı əxlaqsızlıq edib.


Azyaşlının ailə üzvləri baş verən olayla bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər.


Polisin keçirdiyi əməliyyat nəticəsində Mehman Əkbərov həbs edilib.


İstintaq orqanı tərəfindən Mehman Əkbərovun barəsində Cinayət Məcəlləsinin 153.2-ci (on dörd yaşına çatmayan şəxs barəsində əxlaqsızlıq hərəkətləri etmək) maddəsi ilə ittiham elan olunub.


Mehman Əkbərovun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün təqdimat Kəpəz rayon Məhkəməsinə göndərilib.


İş araşdırılması üçün hakim Rəşad Mustafayevin icraatına verilib.


Hakim istintaq orqanını təqdimatını təmin edib.


Mehman Əkbərovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top