Evdən üzərində bıçaq xəsarəti olan meyit tapıldı

HADİSƏ 26 may 2020, 12:27

Gəncə şəhərində mənzildən üzərində zorakılıq əlamətləri olan kişi meyiti tapılıb.


Demokrat.az xəbər verir ki, şəhərin Təbriz küçəsində yaşadığı məınzildə Asim Yusifovun meyiti aşkar olunub. 


Meyit müayinə üçün tibbi ekspertizaya aparılıb. Onun qətlə yetirildiyi güman edilir.


Faktla bağlı araşdırma aparılır.(report.az)

 

X X X

 

Gəncədə baş verən qətl hadisəsi ilə bağlı cinayət işi başlanılıb. 


Demokrat.az xəbər verir ki, 1957-ci il təvəllüdlü Asim Yusifov yaşadığı evdə tanışı tərəfindən bıçaqlanaraq qətlə yetirilib.


Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top