Bakıda beşmərtəbəli yaşayış binasında uçqun

HADİSƏ 26 may 2020, 10:09

Bakı şəhərinin Sabunçu rayonunda beşmərtəbəli yaşayış binasının damı uçub.


Demokrat.az FHN-in saytına istinadən xəbər verir ki, qurumun "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Sabunçu rayonunda beşmərtəbəli yaşayış binasının dam örtüyünün bir hissəsinin qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.


Ərazidən keçən insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub.


Xilasedicilər qopan hissəni kəsib və müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top