Bu dərmanlar koronavirus xəstələri üçün zərərlidir — XƏBƏRDARLIQ

DÜNYA 26 may 2020, 08:56

Virusoloq Nadejda Jolobak koronavirus xəstələri üçün hansı preparatların zərərli olduğunu açıqlayıb.


Demokrat.az xəbər verir ki, bu barədə “Veçernyaya Moskva” qəzeti yazıb.

 
Virusoloqun sözlərinə görə, bəzi COVID-19 xəstələri adi soyuqdəymə zamanı istifadə olunan preparatlardan (“ibuprofen”, “aspirin”, “voltaren”, “diklofenak” və “naproksen”) istifadə edirlər. Bu isə tamamilə yolverilməzdir.


Fransa və İtaliyadan olan tədqiqatçıların təcrübəsi sözügedən preparatların orqanizmdə virus üçün daha münbit şərait yaratdıqlarını göstərib.


Dərmanlar koronavirus üçün faydalı mühit yaradır və nəticədə, ağciyərlərə nüfuzetmə asanlaşır, bu da iltihab prosesinə, pnevmoniyaya səbəb olur, habelə alveolları zədələyir.


Virusoloq həmçinin koronavirusun müalicəsi zamanı “paratsetamol”dan istifadə etməməyi məsləhət görüb. O qeyd edib ki, sözügedən dərmanın qəbul edilməsinin nəticələri gözlənilməz ola bilər. Bu preparatın COVID-19-a təsiri hələlik tam öyrənilməyib.

 
N.Jolobak, eyni zamanda koronavirus xəstələri üçün ağrıkəsicilərin də zərərli olduğunu vurğulayıb.

 
“Əsas şərt budur: yüksək temperaturunuz varsa, təcili şəkildə həkimə müraciət edirsiniz və özünümüalicə ilə məşğul olmursunuz”, - deyə ekspert bildirib.(pravda.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top