Azərbaycanda polis əməkdaşı intihar etdi

HADİSƏ 25 may 2020, 23:18

Goranboyda intihar hadisəsi baş verib.


"Qafqazinfo"nun xəbərinə görə, Xocalı rayon Polis Şöbəsinin əməkdaşı, Goranboy rayon Buzluq kənd sakini 25 yaşlı Məharət Nağıyev ötən gün evdən çıxıb və geri qayıtmayıb. Bu səbəbdən onun axtarışlarına başlanılıb.


Onun asılmış meyiti bu gün Goranboy rayon Yuxarı Ballıqaya kəndi ərazisində olan meşədə tapılıb. İntiharın ailə münaqişəsi səbəbindən baş verdiyi ehtimal edilir.


Faktla bağlı araşdırma aparılır.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top