Bu qadağalar iyunun 14-dən götürülür — QƏRAR

DÜNYA 25 may 2020, 20:59

İyunun 14-dən İsraildə qapalı məkanlarda teatr tamaşaları və konsertlərin keçirilməsinə icazə veriləcək.


Demokrat.az-ın xəbərinə görə, bu barədə ölkənin Turizm Nazirliyi məlumat verib.


Bütün ziyarətçilər iki metrlik sosial məsafəyə, şəxsi gigiyena qaydalarına riayət etməli və mütləq maska taxmalı olacaqlar. Binanın girişində onların hərarəti ölçüləcək.


Tamaşalara və konsertlərə bilet satışı yalnız onlayn həyata keçiriləcək.


Bilet alan şəxslər arasında bir boş oturacaq saxlanılmalı, zal 75%-dən çox doldurulmamalıdır.


Bütün teatr tamaşaları və konsertlər antraktsız keçiriləcək.Qafqazinfo

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top