Şəhidlər bulağında qoyun saxlanılması haqda xəbərlərə İcra Hakimiyyətindən REAKSİYA — FOTOLAR/VİDEO

SOSİAL 25 may 2020, 18:10

Bəzi kütləvi informasiya vasitlərində “Azərbaycanda şəhidlər bulağında qoyun saxlayırlar” başlığı altına həqiqətə  uyğun olmayan məlumatlar dərc edilib. 


Demokrat.az xəbər verir ki, yazıda Abşeron rayonunun Görədil kəndindəki  “Qarabağ şəhidlər bulağı”nın ətrafında guya qoyun sürüsünün saxlanılması ilə bağlı informasiya verilib. Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, Görədil kəndindəki Şahilər abidəsinin ərazisi aqlay daşlarla döşənib, abadlaşdırılmışdır. Sözügedən ərazidə ümumiyyətlə ot-alağın bitməsi və heyvanların otarılması üçün hər hansı yer mövcud deyildir. Bunu ərazinin fotoşəkillərindən  və video görüntüsündən də açıq şəkildə görmək mümkündür. Şahədlər kompleksinə daxil olmayan onun arxa tərəfində isə istifadədə olmayan köhnə kənd qəbiristanlığı yerləşir. Bu ərazidə isə ara-sıra kənd camaatı tərəfindən heyvanların otarılması halları müşahidə edilir. Bununla bağlı kənd camaatına xəbərdarlıq edilib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top