Şamaxıda virusa yoluxan məmurun kimliyi açıqlandı

SOSİAL 25 may 2020, 16:19

Şamaxı rayon İcra Hakimiyyətində koronavirus testi pozitiv çıxan şəxs icra başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Elxan İbrahimovdur. 


Demokrat.az xəbər verir ki, hazırda Şamaxıda hər kəs bu olaydan danışır. Bildirilir ki, məhz Elxan İbrahimovun təmasda olduğu şəxslər karantinə alınır. 


Elxan İbrahimov 1 aydır ki, bu vəzifəyə  təyin olunub. İcra başçısının müavini olmamışdan əvvəl isə Azərbaycanda bir neçə holdinqdə iqtisadiyyat və maliyyə işləri üzrə rəhbər vəzifələrdə çalışıb.(yenisabah.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top