Azərbaycanda daha bir məhdudiyyət götürüldü

SOSİAL 25 may 2020, 14:42

Azərbaycanda daha bir məhdudiyyət götürülüb.


Demokrat.az xəbər verir ki, bu gündən Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzləri, muzeylər, tarix-mədəniyyət qoruqlarında "açıq qapı" günləri başlayır.


28 May - Respublika Günü və Ramazan bayramı münasibəti ilə yaranmış qeyri-iş günlərində vətəndaşların asudə vaxtlarının səmərəli təşkil olunması və Azərbaycan xalqının zəngin mədəni irsi və qədim tarixi ilə yaxından tanış olmaq məqsədi ilə 25-28 may tarixlərində adıçəkilən müəssisələrə giriş sərbəst olacaq.


Müəssisələrin fəaliyyəti Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara, metodiki göstərişlərə uyğun həyata keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top