“Liverpul” gənc ulduz üçün 70 milyon avro ödəyəcək

İDMAN 25 may 2020, 16:00

“Liverpul”un baş məşqçisi Yurgen Kloppun transfer siyahısına “Vulverhempton”un ulduzu Adama Traore başçılıq edir.


Demokrat.az xəbər verir ki, bu barədə “HaberGlobal” məlumat yayıb.


“Vulverhempton”la müqaviləsi 2023-cü ilin yayında bitəcək 24 yaşlı futbolçu üçün “Liverpul” 70 milyon avro təklif edəcək.


Xatırladaq ki, bu mövsüm 43 qarşılaşmada altı qol və doqquz məhsuldar ötürmə edən futbolçu 2018-2019-cu illər mövsümünün əvvəlində 20 milyon avroya transfer olunub.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top