Azərbaycanda inflyasiya 3,1 faizə düşəcək - 2021-ci ildə

İQTİSADİYYAT 25 avq 2018, 18:01

Bu il Azərbaycanda ümumi daxili məhsul istehsalının (ÜDM) 74 milyard 646,9 milyon manat, 2019-cu ildə 75 milyard 389,2 milyon manat, 2020-ci ildə 81 milyard 245 milyon manat, 2021-ci ildə isə 84 milyard 973,1 milyon manat olacağı proqnozlaşdırılır.

Demokrat.Az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”da deyilir.

Sənəddə bildirilir ki, cari ildə real iqtisadi artım tempinin 2 faiz, gələn il 3,1 faiz, 2020-ci ildə 3,5 faiz, 2021-ci ildə 2,4 faiz təşkil edəcəyi nəzərdə tutulur.

Bundan başqa, proqnoza görə, ortaillik inflyasiya bu il 6,1 faiz, qarşıdakı ildə 4,7 faiz, 3,3 faiz, 2021-ci ildə isə 3,1 faiz təşkil edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top