Trampın statuslarını paylaşan o imiş...

DÜNYA 25 may 2020, 11:12

ABŞ prezidenti Donald Tramp tvitterlə bağlı açıqlama verib.


Demokrat.az xəbər verir ki, Ağ Ev rəhbəri açıqlamasında statuslarının kim tərəfindən paylaşılması məsələsinə də aydınlıq gətirib.


"Full Measure" teleproqramının qonağı olan Tramp bildirib ki, o, səhər və gecə saatlarında evdə qısa qeydləri, bəyanatı özü yazır. Gündüz saatlarında isə ona köməkçiləri yardım edir.


"Mənim Den adlı bir centlmenim var, o, çox gözəl işləyir", deyə Tramp bildirib.


Qeyd edilir ki, həmin şəxs Prezident Administrasiyasının Sosial şəbəkələr üzrə direktoru Dene Skavinodur.(qafqazinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top