İspaniya La Liqasının oyunları bərpa edilir

İDMAN 23 may 2020, 23:46

İspaniyada futbol üzrə ölkə çempionatı iyun ayının 8-də bərpa ediləcək.


Demokrat.az-ın məlumatına görə, bu barədə ölkənin baş naziri Pedro Sançes bildirib.


"Qarşımızda yeni üfüqlər açılır. Gündəlik vəzifələrə qayıtmağın vaxtı gəldi. Bunların arasında 8 İyunda bərpa ediləcək milli futbol çempionatı da var", - nazir deyib.


Xatırladaq ki, koronavirus pandemiyasının səbəb olduğu İspaniyanin futbol çempionatındakı fasilədən əvvəl 27 tur oynanılıb. Turnir cədvəlində lider 58 xalla "Barselona"dır. (Trend)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top