Deputatı başından güllələdilər

DÜNYA 24 may 2020, 00:11

Ukraynada Ali Radanın deputatı qətlə yetirilib.


Bu barədə Ukrayna mediası məlumat yayıb.

 

Məlumata görə, Ali Radanın deputatı Valeri Davidenkonun meyiti paytaxt Kiyevdə aşkarlanıb. Parlament üzvünün meyitini onun ofisində süpürgəçi aşkar edib. O, başından aldığı güllə yarasından ölüb.

 

Hüquq-mühafizə orqanları hələlik hadisə ilə bağlı məlumat yaymayıblar.

 

Qeyd edək ki, Valeri Nikolaeviç Davidenko 16 mart 1973-cü ildə anadan olub. O, heç bir partiyanın üzvü deyildi.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top