Bakıda külək ağacı avtomobilin üzərinə aşırdı — FOTO

HADİSƏ 23 may 2020, 22:02

Güclü külək paytaxtda bir sıra fəsadlar törədib.

 

Belə ki, axşam saatlarında əsməyə başlayan külək Yasamal rayonunda ağacı avtomobilin üzərinə aşırıb.

 

Ağac sakinlərin köməkliyi ilə yolun kənarına qoyulub. Hadisə nəticəsində avtomobilə ciddi ziyan dəyib.

 

Təbii hadisə zamanı paytaxtın digər ərazilərində də ağacların budaqları qırılaraq yola düşüb. Bəzi yerlərdə isə ağaclar güclü küləyin təsirindən kökündən qopub. ("Report")

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top