Baş həkimin müavini koronavirusdan öldü — FOTO

DÜNYA 23 may 2020, 18:34

Çeçenistanda Ş.Ependiyev adına Respublika Klinik Xəstəxanasında baş həkimin müavini vəfat edib.

 

REN TV-nin məlumatına görə, bunu Çeçenistan parlamentinin spikeri, aparat rəhbəri Maqomed Daudov bildirib.

 

Onun sözlərinə görə, həkim-uroloq Soipa Solsayeva koronavirusa yoluxubmuş. 

 

Spiker onu da vurğulayıb ki, həkimin cəmi bir ağciyəri olub: “Bu xəstəliyin ilk növbədə ağciyərlərə təsir etdiyini bilirik. Buna baxmayaraq, o, son ana qədər insanları müalicə edib”. (oxu.az)

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top