Ermənistanda “qanuni oğru” saxlanıldı

DÜNYA 22 may 2020, 17:20

Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) cinayətkar qrup yaratmaqda şübhəli bilinən “qanuni oğru” Arsen Mkrtçyanı (Arsen Yerevanski kimi tanınır) saxlayıb.


Demokrat.az xəbər verir ki, bu barədə cümə günü MTX-nin mətbuat mərkəzi məlumat yayıb.


Martın 13-də başlayan cinayət işi çərçivəsində MTX əməkdaşları cinayətkar qrup yaratmaq üçün cinayət sxemlərini aşkar ediblər. Nəticədə mayın 21-də təhlükəsizlik qüvvələri Mkrtçyan və Armen Melkonyanı (Basar kimi tanınır) mühasirəyə alıblar. Bundan əlavə, daha 8 nəfər cinayətkar dəstəyə qoşulmaqda şübhəli bilinib.


Həmin vətəndaşların mənzillərində və avtomobillərində axtarışlar aparılıb, cinayət işinin istintaqı üçün külli miqdarda pul, narkotik və digər vacib əşyalar aşkarlanıb.


Onlardan yeddisinin tutulması barədə qərar qəbul edilib, üçündən isə ölkəni tərk etməmək barədə imza alınıb.


Hüquq-mühafizə orqanları digər vətəndaşların bu cinayətkar qrupda iştirakını yoxlayır.(konkret.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top