Şuşanın icra başçısı "sərvət"indən danışdı: "Mənim adıma mülk var?"

GÜNDƏM 22 may 2020, 17:13

"Onu yazan başından böyük qələt edib”.


Demokrat.az xəbər verir ki, bunu saytımıza açıqlamasında Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Avropada yaşayan jurnalist Həbib Müntəzirin onun "topdağıtmaz” sərvəti ilə bağlı paylaşdığı siyahıdan danışarkən deyib. İcra başçısı telefonla müsahibə vermək istəmədiyini bildirib:

‌"Mən telefonla məlumat vermirəm. Adıma olanları tanıyırsınız? Mənim adıma olan mülk var? Biilmirəm kim edib, başından böyük qələt edib. Desin nədir, hansıdır? Nə müraciətim var, nə də...”


‌Qeyd edək ki, Avropada yaşayan jurnalist Həbib Müntəzir Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərova məxsus  sərvət olduğunu iddia etdiyi siyahı yayıb.(qaynarinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top