Pakistanda təyyarə qəzasında 107 nəfər öldü — YENİLƏNİB

DÜNYA 22 may 2020, 16:34

Pakistanda 99 sərnişini və 8 ekipajı olan təyyarənin qəzaya uğraması nəticəsində göyərtədə olanların hamısı həlak olub.

 

Demokrat.az xəbər verir ki, bunu Pakistanın Karaçi şəhərinin meri açıqlayıb.(report.az)

 

***14:34

 

“Pakistan Hava Yolları”na aid sərnişin təyyarəsi qəzaya uğrayıb.


Demokrat.az xəbər verir ki, qəzaya uğrayan layner ölkənin Karaçi şəhərinin yaxınlığındakı yaşayış evlərinin üzərinə düşüb.


Məlumata görə, Lahor şəhərindən gələn təyyarənin göyərtəsində 95 nəfər olub. Ölənlərin sayı dəqiqləşdirilir. 


Hadisə yerinə xeyli sayda yanğınsöndürən və təcili yardım briqadaları cəlb olunub.(report.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top