Paşinyan vertolyotla Xankəndinə gəlib, Şuşaya yollandı — FOTO

DÜNYA 21 may 2020, 18:30

Ermənistanın Baş naziri Nikol Paşinyan və arvadı Dağlıq Qarabağa gəlib.


Demokrat.az xəbər verir ki, onları separatçı rejimin “rəhbərləri” qarşılayıb.

 

Buradan o, Azərbaycanın işğal olunmuş şəhəri Şuşaya gedəcək. Şuşada Dağlıq Qarabağda keçirilimiş qondarma “seçkilər” nəticəsində “prezident” elan olunmuş Araik Aratunyanın “andiçməsi” keçiriləcək. Sabah- mayın 22-də  Paşinyan separatçı rejimin rəhbərləri ilə görüşəcək.


Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq bu səfəri pisləyib və danışıqlar prosesinin pozulmasına gətirib çıxaracağı ilə hədələyib.


Dağlıq Qarabağda keçirilmiş “seçkilər” beynəlxalq qurumlar və dövlətlər tərəfindən tanınmayıb.


Paşinyan Xankəndindən Şuşaya gəlib. (Azpost.info)

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top