Karantin qaydalarını pozan bələdiyyə sədri özünü ölülüyə vurdu — FOTO

DÜNYA 21 may 2020, 22:22

Qəribə hadisə Peruda baş verib. 


Demokrat.az xəbər verir ki, qrup şəkilində məclis təşkil edən bələdiyyə sədri Urbina Torres polis tərəfindən saxlanılıb. O, əraziyə gələn polisləri aldatmaq üçün özünü ölülüyə vuraraq tabuta girib və bu zaman polis onun fotosunu çəkib. Sərxoş vəziyyətdə saxlanılan bələdiyyə sədrinin bu əməli ölkə mediasında gündəm olub. 


Artıq 66 gündür ki, karantin elan edilən Peruda indiyə kimi koronavirusdan 3 min 24 nəfər dünyasını dəyişib.  104 min 20 nəfər isə virusa yoluxub. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top