Ağacların kəsilməsi ilə bağlı polisə müraciət edildi

HADİSƏ 21 may 2020, 22:35

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Qusar rayonu Qalacıq kəndində meşəlik ərazidə ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət araşdırılıb.


Demokrat.az xəbər verir ki, bu barədə nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.


O qeyd edib ki, sözügedən əraziyə keçirilən baxış zamanı ərazinin meşə fondu torpağı deyil, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olduğu məlum olub.


"Təqsirkarın müəyyən olunması və barəsində qanunamüvafiq tədbirin görülməsi üçün Qusar rayon Polis İdarəsinə müraciət olunub".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top