Ramzan Kadırov koronavirusa yoluxub?

DÜNYA 21 may 2020, 19:35

Çeçenistan rəhbəri Ramzan Kadırov koronavirus şübhəsi ilə Moskvaya çatdırılıb.


Baku.ws-in “BAZA” Telegram kanalına istinadən yaydığı məlumata əsasən, o, Rusiyanın paytaxtında ən yaxşı klinikalardan birinə yerləşdirilib.


İlk simptomlar bir neçə gün əvvəl görünsə də, o, qripə yoluxduğunu düşünüb. Lakin Kadırovun səhhəti pisləşdiyindən həkimlər ona Moskva xəstəxanalarına müraciət etməyi tövsiyə ediblər.


Tibbi dairələrdən verilən məlumatlara görə, Ramzan Kadırovda artıq ağciyərlərin zədələnməsi qeydə alınıb. Ancaq COVID-19-a yoluxma diaqnozu hələlik təsdiq olunmayıb.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top