“AKKORD”dan Prezidentə qarşı siyasi təxribat: BAŞ REDAKTORUN EVİ QANUNSUZ ZƏBT EDİLDİ — TƏFƏRRÜAT

GÜNDƏM 21 may 2020, 18:11

Bu gün bütün dünyada, o cümlədən, ölkəmizdə ciddi siyasi və iqtisadi proseslər gedir. Dünyanı lərzəyə salan pandemiya, sözün əsl mənasında bütün dövlətlər üçün imtahan kimi qiymətləndirilir. Belə bir həssas dönəmdə Prezident İlham Əliyevin qətiyyətli və sistemli addımları xalqımızı və dövlətimizi bu bəladan qorudu, iqtisadi dayanıqlığımızı daha da gücləndirdi. Prezidentin bu dönəmdə ən mühüm addımlarından biri də əhalinin sosial müdafiəsinin mütəşəkkil şəkildə təşkil etməsi oldu. Bütün dövlət və özəl müəssisələrə yardımlar olundu, insanların iş yerlərini itirməmələri üçün proqramlar qəbul olundu, eyni zamanda, bütün növ kreditlərin ödəniş şərtləri yumşaldıldı, müxtəlif güzəştlər tətbiq edildi. Sevindirici haldır ki, bir çox müəssisələr, özəl şirkətlər ölkə başçısının çağırışına qoşularaq kreditləri dondurdular, faizləri ləğv etdilər, işçiləri işsiz qoymadılar. Təəssüf ki, bu dönəmdə ölkəmizin milli maraqlarına xəyanət edən qurumları gördük.

 

Demokrat.az xəbər verir ki, "Akkord” Sənaye Tikintisi İnvestisiya Korporasiyası ASC-nin pandemiya dövründə etdiyi özbaşınalıqlar birmənalı şəkildə siyasi sifariş və ölkəmizin milli maraqlarına xəyanət kimi dəyərləndirilməlidir. Belə ki, bir neçə gün öncə şirkətin əməkdaşları Abşeron rayon, Xırdalan şəh., Bakı-Sumqayıt şossesinin 7-ci km-də inşa etdiyi 1 saylı binanın 11-ci blokunda yerləşən 29 saylı, 1 otaqdan ibarət, ümumi sahəsi 45.47 kv.m olan, Anar Orucova məxsus mənzili dəmir alətlə qıraraq kilidi dəyişmiş və mənzili qanunsuz olaraq zəbt etmişlər. Hadisə ilə bağlı həmin ünvnda qeydiyyatda olan və yaşayan Əziz Orucov saytımıza danışaraq baş verənləri təsdiq edib və bunun sırf Zakir Qaralov tərəfindən siyasi sifariş olduğunu deyib. Əziz Orucov baş redaktorun pandemiya dövründə evinin vəhşicəsinə zəbt edilməsini Prezidentin gördüyü işlərə kölgə salmaq və ölkəmizin beynəlxalq aləmdəki imicinə zərbə vurulması məqsədi ilə edildiyini deyib: "Qardaşım Anar Orucov 2007-ci ilin 8-ci ayında "Akkord”Sənaye Tikintisi İnvestisiya Korporasiyası ASC-dən ümumi dəyəri 27.000 manat olan mənzili kreditlə alır. 20 illik kredit dönəmində mənzilin ümumi dəyərinin əsaslı hissəsi ödənilir, daha doğrusu 21.560 manat vəsait şirkətin hesabına köçürülüb. Bu illər ərzində isə həmin mənzildə mən yaşamışam, təmir elətdirmişəm, rəsmi şəkildə bu ünvana qeydiyyata düşmüşəm. Qeydiyyatı isə "Akkord” şirkətinin özü təsdiqləyib. Pandemiya zamanında kənddə qaldığımızdan evdə heç kim olmayıb. Bütün məişət, şəxsi əşyalarımız evin içində ola-ola şirkət əməkdaşları "lomla” kilidi qıraraq, yenisi ilə əvəz ediblər. Bu gün mən öz mənzilimə gedə bilmirəm, əşyalarımın taleyindən bixəbərəm. Kreditin yerdə qalan 5440 manatı ilə bağlı şirkətlə dəfələrlə müzakirələrimiz olub, yaxın zamanda məbləğin tam ödəniləcəyi bildirilib. Lakin bütün bu proseslərdən sonra evimin vəhşicəsinə zəbt edilməsinin səbəbi nədir? Əgər bu siyasi sifariş deyilsə bəs nədir?”


Daha sonra Əziz Orucov hadisə ilə bağlı daha ciddi qanunsuzluqları tutarlı faktlarla ifşa edib: "Dünyanın hansı sivil ölkəsində mənzil sahibinin xəbəri olmadan, məhkəmə qərarı olmadan qapısı qırılır və evi əlindən alınır? Məncə belə şeylər heçMozambikdə, Zimbabvedə olmur. Bu gün Prezident İlham Əliyev jurnalistlərin sosial problemlərinin həlli üçün xüsusi proqramlar qəbul edir, mənzillər tikir, müxtəlif formada dəstəyini nümayiş etdirir. Onda belə bir sual ortyaya çıxır: Prezidentin iradəsinə qarşı kim çıxır? Kim jurnalistin daxma boyda evini quldur kimi zəbt edir? Bunların arxasında kim və ya kimlər dayanır? Belə çıxır ki, tanınmış hüquqşunas Aslan İsmayılovun Zakir Qaralovla bağlı dedikləri həqiqət imiş. Hər kəs bilir ki, "Akkord” şirkətində heç kim Zakir Qaralovuniradəsinə zidd gedə bilməzdi. Bəs o zaman nə baş verir? Pandemiya dönəmində cuzi kreditə görə ölkənin az-çox tanınmış baş redaktorunun evi, niyə belə ləyaqətsiz, əxlaqsız formada zəbt edilir? Bunun hüquqi və siyasi məsuiliyyətini kim daşıyır? Təkcə bu faktın özü ölkədə nə qədər böyük özbaşınalıqların olduğunu göstərir. Mən hələ sizə başqa faktları da deyəcəm. Deməli, 2007-ci ildə Anar Orucovla "Akkord” şirkəti arasında Abşeron rayon, Xırdalan şəh., Bakı-Sumqayıt şossesinin 7-ci km-də, 1 saylı binanın 11-ci blokunda yerləşən 29 saylı, 1 otaqdan ibarət, ümumi sahəsi 45.47 kv.m olan mənzilin alınması ilə bağlı müqavilə imzalanır. Şirkət bizi məhkəməyə verir və məhkəmə sənədində 2 otaqlı, 69 kv.m-lik mənzil qeyd olunur. Başqa bir sual ortaya çıxır: Axı biz fakt 1otaqlı 45 kv.m-lik mənzildə qalırıq, qərarda qeyd olunan 2 otaqlı mənzil kimindir? Digər bir qanunsuzluq isə sözün əsl mənasında nonsensdir. Deməli bizim 2007-ci ildə bağladığımız müqavilənin nömrəsi 4228-dir, hakimin qərarındakı isə 4287 kimi qeyd olunur.(red. Foto əlavə edilib) Hesab edirəm ki, bu sırf əvvəlcədən düşünülmüş, bir sıra şəxslərdən ibarət mütəşəkkil dəstənin cinayəti və özbaşınalığıdır. Bu adamlar ya Zakir Qaralovdan sifariş alaraq biz jurnalistləri ölkə başçısına qarşı narazılıq etməyə sövq edirlər, ya da məhkəmə üzərində olan güclərindən istifadə edib insanların mənzillərini zorla zəbt etməyi planlayıblar. İstənilən halda haqqın, ədalətin bərqərar olmasına çalışacaq, məsələ ilə bağlı Prezidenti məlumatlandırmaq üçün bütün gücümüzü səfərbər edəcəyik”


Mövzunu davam edirəcəyik.(7news.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top