Peskovun həyat yoldaşı koronavirusdan sağaldı, özü isə...

DÜNYA 21 may 2020, 15:21

Rusiya prezidentinin Mətbuat Xidmətinin rəhbəri Dmitri Peskovun xanımı Tatyana Navka  koronavirusdan sağalıb və artıq xəstəxananı tərk edib.


Demokrat.az-ın məlumatına görə, bu barədə “LifeShot” “Telegram” kanalı xəbər yayıb.


“Yaxşıyam, xəstəxanadan buraxılmışam… Testin cavabı mənfidir. Hər şey qaydasındadır”, - deyə o bildirib.


T.Navka əri Dmitri Peskovun müalicəsi ilə bağlı da şərh verib:


“Sağalmağa doğru gedir, ancaq hələlik xəstəxanadadır”.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top