“Lifttəmir”in daha bir vəzifəli şəxsinə cinayət işi açıldı

HADİSƏ 21 may 2020, 11:45

“Baklift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin baş mühəndisi olmuş Cilovxan Əliyevun barəsində cinayət işi başlanıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, onun barəsində Cinayət Məcəlləsinin 179.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən mənmisəmə və ya israf etmə) maddəsi ilə ittiham verilib.


Cilovxan Əliyevin barəsində olan cinayət işi baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilib.


Cinayət işi araşdırılması üçün hakim Fəqan Əhmədovun icraatına verilib.


Yaxın günlərdə bu cinayət işi üzrə məhkəmə başlanacaq.


Qeyd edək ki, Cilovxan Əliyev Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan “Baklift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin rəisi olmuş Ruslan Dilanovun cinayət işi üzrə şahid qismində dindirilib.


Qeyd edək ki, "Lifttəmir" İstehsalat Birliyinə aid olan “Baklift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin rəisi olmuş Rislan Dilanov külli miqdarda mənimsəmədə təqsirləndirlir.


İttihama əsasən, binalarda 71 ədəd liftin yenidən quraşdırılması və əsaslı təmiri üçün ayrılan vəsaitin təxminən 1 milyon 835 min manatı mənimsənilib. İddia olunur ki, dövlətin vəsaiti ilə alınan 426 min manatlıq material-avadanlıqlar təyinatı üzrə istifadə olunmayıb, ticarətlə məşğul olan şəxslərə satılıb.


Amma saxta sənədlər tərtib edilərək həmin materialların istifadə olunduğu rəsmiləşdirilib.


Ona Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.


Təqsirləndirilən Ruslan Dilanov elan olunmuş ittihamlarla özünü təqsirli bilməyib.


İş üzrə zərərçəkən şəxs qismində “Lifttəmir” İstehsalat Birliyi tanınıb.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top