Bakıda mənzilləri qarət edən gənc qız yaxalandı

KRİMİNAL 21 may 2020, 10:40

Bakıda gənc qız iki mənzili qarət edib.


Demokrat.az xəbər verir ki, hadisə mayın 9-da Suraxanı rayonunun Əmircan qəsəbəsində baş verib.


Naməlum şəxs qəsəbə sakini İmran Abbasova məxsus mənzildən min manat dəyərində televizor və məişət əşyaları oğurlayıb.


Həmçinin, mayın 19-da Əmircan qəsəbəsində N.Əmirovaya məxsus mənzildən 700 manat dəyərində noutbuk oğurlanıb.


Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində evlərdən oğurluq etməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Əfsanə Ağayeva tutulub.


Faktla bağlı araşdırma aparılır.(trend.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top