Texas rəhbərliyi “Azərbaycan Günü” ilə bağlı bəyannamə yaydı

SİYASƏT 21 may 2020, 10:53

ABŞ-ın energetika mərkəzi olan və çoxsaylı soydaşımızın yaşadığı Texas ştatında "Azərbaycan Günü"nün elan olunması ilə bağlı bəyannamə hazırlanıb.


Demokrat.az xəbər verir ki, Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyindən verilən məlumata görə, ştatın dövlət katibi Rut Hyuz ADR-in yaradılmasının 102-ci ildönümü ilə əlaqədar Azərbaycana rəsmi təbrik bəyanatı ünvanlayıb.


R.Hyuz imzaladığı bəyanatda 2020-ci il 28 may tarixini Azərbaycanın Milli Günü elan edərək müstəqil ölkəmizə üçün ən xoş arzularını çatdırıb. Eyni zamanda bu münasibətlə Texas ştatının 102-ci ildönümünü bayram etmək üçün Azərbaycana qoşulduğunu deyərək əcdadlarımızın demokratiyanın yayılması üçün verdiyi töhfələri unutmamağa və qeyd etməyə çağırıb.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top