Koronavirus 9 yaşlı uşağın həyatına son qoydu

DÜNYA 21 may 2020, 00:16

Rusiyanın paytaxtı Moskva şəhərində doqquz yaşlı uşaq koronavirusdan ölüb.


“Mash” Telegram kanalı xəbər verir ki, azyaşlı Rusiyanın bölgələrinin birindən federal xəstəxanaya gətirilib.


Uşağa COVID-19-a yoluxma ilə yanaşı, qaraciyərdə sirroz, qan laxtalanmasının pozulması, ağciyər və tənəffüs yollarının ciddi xəstəliyi diaqnozları qoyulub.


Demək olar ki, üç həftə tibb mərkəzində qalan azyaşlıda qaraciyərin köçürülməsi aparılıb, qarın və bağırsaqlarda əməliyyatlar keçirilib. Həkimlər əllərindən gələni etsələr də, xəstənin həyatını xilas edə bilməyiblər. O, mayın 19-da ikitərəfli sətəlcəm və ümumi böyrək çatışmazlığından ölüb.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top