Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlandı

DÜNYA 20 may 2020, 22:33

Türkiyədə yeni növ koronavirusdan daha 23 nəfər ölüb.


Demokrat.az-ın məlumatına görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb.


Nazir qeyd edib ki, son 24 saatda 20 838 şübhəli koronavirus testindən keçib, onlardan 972-nin cavabı pozitiv çıxıb.


Türkiyədə yeni növ koronavirusdan indiyədək 4222 nəfər ölüb, 152 587 nəfər bu infeksiyaya yoluxub, 113 987 nəfəri isə müalicə olunub. Bu gün daha 1092 xəstə evə buraxılıb.

 

Türkiyədə koronavirusa yoluxanların sayı 152 mini keçib

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top