Ermənilər Qarabağda kamikadze dronun sınağını keçirdilər — VİDEO

SİYASƏT 20 may 2020, 16:37

Ermənistan Ordusu yerli “Davaro” şirkətinin istehsalı olan “Drakon” adlı “gəzən sursat”ın (kamikadze dron) sınaqlarına başlayıb.


Demokrat.az xəbər verir ki, bu barədə Dağlıq Qarabağdakı separatçı rejimə bağlı sosial şəbəkələrdəki səhifələrdə video görüntülər nümayiş etdirilib.


Sınaqların Ermənistanın işğalı altında olan Ağdam rayonunun Uzundərə ərazisində salınmış poliqonda çəkildiyi bildirilir.


“Davaro” şirkəti tərəfindən hazırlanmış “Drakon” gəzən sursatın uçuş uzaqlığı 100 km, çəkisi 15 kq, maksimal sürəti 180 km/saat təşkil edir.(azeridefence.com)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top