Azərbaycanın Şuşa ilə bağlı məktubu BMT-nin rəsmi sənədi kimi dərc olundu

SİYASƏT 20 may 2020, 15:30

Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin qurumun baş katibi Antonio Quterreşə Şuşanın işğalının 28-ci ildönümü ilə bağlı ünvanladığı məktub BMT-nin rəsmi sənədi kimi yayılıb. 


Demokrat.az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Twitter” səhifəsində yazıb. 


Onun sözlərinə görə, məktubda Ermənistan silahlı qüvvələrinin 1992-ci ilin mayın 8-də Azərbaycanın Şuşa şəhərini işğal etdiyi diqqətə çatdırılıb. Həmin məktub BMT Baş Assambleyasının sənədi kimi dərc edilib.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top