Qadının evinə girdi, ona təcavüz etdi — Yevlaxda ŞOK OLAY

KRİMİNAL 20 may 2020, 13:09

Yevlax rayonunda hədə-qorxu yolu ilə qadına təcavüz etməkdə təqsirli bilinən şəxs həbs edilib.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Yevlax rayon sakikni Məhəmməd Alıyev həbs edilib.


Məlum olub ki, Məhəmməd Alıyev rayon ərazisində bir qadının evinə girib. O, qadına hədə-qorxu gələrək, zorakılıq  edib.


Daha sonra qadını döyərək, onunla cinsi əlaqədə olub.


İstintaq orqanı tərəfindən Məhəmməd Alıyevin barəsində Cinayət Məcəlləsinin 149.2.4-cü (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama), 157.2-ci (mənzil toxunulmazlığını pozma, eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) və 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddələri ilə ittiham elan olunub.


Yevlax rayon Məhkəməsində hakim Ruslan Əlizadənin sədrrliyi ilə baş tutan iclasda istintaq orqanın təqdimatı təmin olunub.


Məhəmməd Alıyevin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


İstintaq davam edir.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top