Poroşenkoya cinayət işi açıldı — Dövlətə xəyanətdə ittiham olunur

DÜNYA 20 may 2020, 11:31

Ukrayna Baş Prokurorluğu ölkənin keçmiş prezidenti Pyotr Poroşenkoya qarşı dövlətə xəyanət və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə cinayət işi açıb.


Demokrat.az xəbər verir ki, bu barədə “Ukrainskaya Pravda” Baş Prokurorluqdakı mənbəyə istinadən məlumat verib.


Cinayət işi Ali Radanın deputatı Andrey Derkaçın sabiq prezidentin gizli səs yazılarını Baş Prokurorluğa təqdim etməsindən sonra başlanıb.


İddia olunur ki, ABŞ-ın vitse-prezidenti Co Bayden, sabiq dövlət katibi Con Kerri və P.Poroşenko arasında Ukraynada yüksək vəzifəli məmurların vəzifədən kənarlaşdırılmasına dair danışıqlar aparılıb, razılıq əldə edilib.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top