Berlindən Bakıya 188 vətəndaşımız gətirildi — FOTOLAR

SİYASƏT 19 may 2020, 23:36

Bu gün Azərbaycanın milli aviadaşıyıcısı tərəfindən Berlindən Bakıya çarter reysi yerinə yetirilib.


"Azərbaycan Hava Yolları" QSC-dən Demokrat.az-a verilən məlumata görə, həmin reyslə 188 Azərbaycan vətəndaşı çatdırılıb.


Azərbaycana gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.


Qeyd edək ki, həmyerlilərimizin vətənə çatdırılması üçün çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top