Jirinovski Rusiya Federasiya Şurasının ləğv olunmasını təklif etdi

DÜNYA 19 may 2020, 16:57

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Rusiya parlamentinin yuxarı palatası olan Federasiya Şurasının ləğv olunmasını təklif edib.


Demokrat.az xəbər verir ki, tanınmış siyasətçi özünün “Twitter” səhifəsində bildirib ki, Rusiyada çoxlu lazım olmayan deputat və məmur var.


“Məmur aparatını və parlamentin hər iki palatasının deputatlarının sayını iki dəfə, o cümlədən Dövlət Duması və Moskva Şəhər Dumasının deputatlarının sayını azaltmaq lazımdır. Eləcə də Federasiya Şurasının ləğv edilməsinin mümkünlüyünü müzakirə etməyə dəyər”, - deyə V. Jirinovski vurğulayıb.(apa.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top