Tramp Ümumdünya Səhiyyə Təşkilatına ultimatum verdi

DÜNYA 19 may 2020, 09:22

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 30 gün ərzində ABŞ-ın tələblərini yerinə yetirməsə, Vaşinqton nəhayət bu təşkilata maliyyənin ayrılmasını dayandıracaq və üzvlüyünə yenidən baxacaq.


Demokrat.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trampın Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş katibi Tedros Adanom Gebreisusa göndərdiyi məktubda bildirilib.


Tramp məktubunda qeyd edib ki, ABŞ hakimiyyət orqanları tərəfindən aparılan araşdırma ÜST barədə “ciddi narahatlıqları” təsdiqləyir.


Məktubunda Tramp beynəlxalq təşkilatın Çindən asılı olmadığını nümayiş etdirməyə çağırıb.


Qeyd edək ki, bundan əvvəl Tramp təşkilata ayrılan vəsaiti 40 milyon ABŞ dollarına qədər azaldılmasının mümkünlüyünü nəzərdən keçirdiyini bəyan etmişdi.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top