İranın səhvən vurduğu sərnişin təyyarəsi ilə bağlı Ukraynadan yeni AÇIQLAMA

DÜNYA 18 may 2020, 16:29

Ukraynanın Xarici İşlər nazirinin köməkçisi Yevqeni Yenin yanvar ayında İranda baş vermiş təyyarə qəzası barədə yeni açıqlama verib.


Demokrat.az xəbər verir ki, Yevqeni Yenin təyyarə qəzası ilə bağlı İranla aparılan müzakirələr nəticə verməzsə başqa addımlar atacaqlarını bildirib:


"Bu sadəcə Ukrayna ilə bağlı mövzu deyil. Kanada, İngiltərə, İsveç, Əfqanıstan kimi ölkələr də müzakirə proseslərindən narahatdır. Əgər nəticələr əldə edilməsə Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edəcəyik. Təyyarənin qara qutusunun oxunması və kodların aydınlaşması istiqamətində heç bir irəliləyiş yoxdur". Qeyd edək ki, 8 yanvar 2020-ci ildə İran Tehrandan 176 sərnişinlə qalxan Ukraynaya aid təyyarəsi səhvən raketlə vurmuşdu. Hadisə nəticəsində sağ qurtulan olmamışdı.(yeniavaz.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top