Almaniya Bundesliqası futbolla başladı, meyxana ilə bitdi — VİDEO

İDMAN 16 may 2020, 23:21

Almaniya Bundesliqasının bu gün bərpa olunan matçlarından Rur derbisi olan "Borusiya" (Dortmund) – "Şalke" oyununun sonluğu "İdman TV"nin şərhçisi İsmayıl Abdullayev tərəfindən özünəməxsus şəkildə sonlandırılıb.


Demokrat.az-ın xəbərinə görə, tanınmış şərhçi yekun nitqini meyxana ilə tamamlayıb:


"Derbinin adı – Rur, qurtardı, getdi, Qol oldu – vurhavur, qurtardı, getdi".


Qeyd edək ki, azarkeşsiz keçirilən Rur derbisi Dortmund klubunun əzəli rəqibini 4:0 hesabı ilə darmadağın etməsi ilə yekunlaşıb.(Oxu.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top