"Milli Şura yox, juliklər Şurası" — ŞƏRH

GÜNDƏM 16 may 2020, 15:46

“Milli Şura deyilən qurum çox şişirdilir. Həmin qurumda 5-10 nəfər julik yığışıb, mənimçün onlar Juliklər Şurası idi. Mən bu məsələ ilə əlaqədar dəfələrlə öz müsahibələrimdə demişəm. Çünki onlar əqidə cəhətdən kasat, xaricə satılmış və vaxtilə müəyyən hakimiyyətlərin qollarına xidmət etmiş insanlar olub”. 


Demokrat.az xəbər verir ki, bunu saytımıza açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.


Partiya sədrinin sözlərinə görə, onların da yiyələri artıq bildiyiniz kimi müəyyən yerdə yoxdur: “Ona görə də onların iflası gözlənilən idi. Lakin düşünürəm ki, heç bir işə yaramayan, indiyə kimi heç bir fəaliyyəti olmayan qurumun iflasından danışmağa da dəyməz. Milli Şura indiyə kimi dövlət, xalq üçün nə edib ki?”.


H.Hacıyev bildirib ki, dövlətə, müstəqilliyə, Elçibəyə xəyanət edən insanların axırı yaxşı olmayıb, olmayacaq da: “Onların bu cür məhv olması labüd idi. Biri qaçıb Vaşinqtonda özünə bığ qoyub, digəri yalandan ev dustağıyam deyə özünü evdə intihar edib. Zənnimcə bunların hər biri mənasız məsələlərdir. Ona görə də onlar parçalana-parçalana gedəcəklər. Onsuz da dağılmış yerin nəyi dağılmalıdır?”.(sia.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top